AZ
EN
Media Consulting Services

ANALİTİK TƏHLİL

Media monitorinq ictimaiyyətlə əlaqələr işinin ən mühüm komponentlərindən biri olsa da, əldə olunan informasiya toplusu təhlil edilənə qədər yalnız xammal əhəmiyyəti daşıyır. Müəyyən zaman kəsiyi üzrə monitorinq yüzlərlə məlumatın tapılması ilə nəticələnir. Bu qədər həcmdə məlumatı tək-tək oxumaqla yalnız məlumatlanmaq olur, müəyyən bir vaxt kəsiyi üçün fikrə sahib olmaq kifayət qədər çətin, bəzi hallarda isə ümumiyyətlə mümkünsüzdür. Buna görə də peşəkar heyət və ən qabaqcıl proqram təminatlarının köməyinə ehtiyac duyulur.

Keyfiyyətli analitik təhlil görülən işlərin nəticələrinin ölçülməsi üçün ən əhəmiyyətli faktorlardan biridir. İnvestisiya, maliyyə və s. sahələrdə olduğu kimi ictimaiyyətlə əlaqələr sahəsində də həyata keçirilən layihələrin və tədbirlərin uğurlu olub-olmaması onun nəticələrinin analitik təhlili nəticəsində müəyyən edilir. Bu baxımdan, media monitorinq nəticələrinin analitik təhlili sizə aşağıdakı imkanları verir:

  • Hədəf auditoriyası haqqında təsəvvürə sahib olmaq;
  • Toplanmış materialların xarakterinə görə cəmiyyətdə yaranmış nüfuzu müəyyən etmək və nəzarətdə saxlamaq;
  • Media və cəmiyyət arasında “populyarlığı” müəyyən etmək və nəzarətdə saxlamaq;
  • Həyata keçirilmiş tədbirlərin mediada işıqlandırılma səviyyəsini müəyyən etmək;
  • Qurumun maraqlarının cəmiyyətə doğru və effektiv şəkildə ötürülməsini nəzarətdə saxlamaq və s.

Analitik təhlilin üstünlükləri təbii ki, sadalananlarla bitmir. Belə ki, təhlil nəticələri yalnız sizin və ya qurumunuzun cəmiyyətdəki “portreti” haqqında məlumat vermir, eyni zamanda sektordakı trendləri, rəqiblərin fəaliyyətlərini, onların media aktivliyini izləməyə imkan verir. Bu isə rəqabət mühitində fəaliyyət göstərən istənilən qurum üçün böyük əhəmiyyətə malikdir. Effektiv təhlil sizə imkan verir ki, arzulanan istiqamətdə irəlilədiyinizə, rəqiblərinizə münasibətdə doğru qərarlar verdiyinizə əmin olasınız. Məhz bunu nəzərə alaraq belə önəmli bir prosesi peşəkar heyət və qabaqcıl proqram təminatlarının köməyindən istifadə edərək görmək uğur qazanmaq istiqamətində vacib amildir.

“Media Consulting and Services” sizə Azərbaycanda istifadə edilən ən qabaqcıl proqram təminatlarının vasitəsilə həyata keçirilən informasiyanın analitik təhlili xidmətini təklif edir. Bu təhlillər qarşıya qoyulan məqsəddən asılı olaraq gündəlik, həftəlik, aylıq və ya illik ola bilər. Media monitorinq xidmətini tamamlayan bu xidmətdən istifadə etməklə siz bir tərəfdən vaxtınıza və resurslarınıza qənaət edəcək,, digər tərəfdən isə ən yüksək keyfiyyətli analitik təhlil hesabatları alacaqsınız. Qürurla qeyd edə bilərik ki, bizim təqdim etdiyimiz analitik təhlil xidməti hazırda yerli bazarda fəaliyyət göstərən bir çox qurumlara cəmiyyətdəki mövqelərini nəzarətdə saxlamağa kömək edir. Bu istiqamətdə malik olduğumuz dərin və uzun illərə dayanan təcrübəmiz sizə ən yüksək keyfiyyətli hesabatları təqdim etməyə imkan verir. Bizim xidmətlərimiz sayəsində siz, həyata keçirdiyiniz ictimaiyyətlə əlaqələr işinin cəmiyyətdə yaratmış olduğu təsir barədə ən detallı məlumatı əldə edə biləcəksiniz.